Türkiyəli tədqiqatçı: Vaqif Səmədoğlunun şeirləri Azərbaycanlıların səsidir

Türkiyəli tədqiqatçı: Vaqif Səmədoğlunun şeirləri Azərbaycanlıların səsidir

Vaqif Səmədoğlunun şeirləri

Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun şeirlərində həyati gerçəkliklər, gündəlik təlaşlar, adi hesab olunan təfərrüatlar əksini tapır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli tədqiqatçı Aysun Dəmirəz Günəri deyib.

Böyük şairin yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə fikir və düşüncələrini bölüşən tədqiqatçı deyib: “Vaqif Səmədoğlunun şeirləri Azərbaycan xalqının səsidir. O, əsl könül şairidir. Əminəm ki, onun nadir üslubda yazdığı şeirləri kimi, həyat reallıqlarını əks etdirən pyesləri də daim ədəbiyyatsevərlər üçün cəlbedici olacaqdır”.

Mənbə: azertag.az