ABŞ Braziliya məhsullarına tarifləri qaldırmasa, Braziliya ABŞ mallarına güzgü rüsumları tətbiq edəcək
ABŞ rəhbərliyi Braziliya məhsullarına tətbiq etdiyi əvvəlcədən elan edilmiş 50% tarifləri avqustun 1-dək qaldırmasa, Braziliya həmin tarixdən etibarən ABŞ mallarına güzgü rüsumları tətbiq edəcək. Bu barədə məlumatı Braziliya Prezidenti Luis İnasiu Lula da Silva yerli “Jornal Nacional” qəzetinə müsahibəsində verib.
Prezident Lula da Silva bildirib ki, “ABŞ-dən rüsumların qaldırılması ilə bağlı qərar olmasa, biz avqustun 1-dən qarşılıqlılıq prinsipinə keçəcəyik.” Bu addım Braziliya ilə ABŞ arasında ticarət gərginliyinin artmasına səbəb ola bilər.












































