Azərbaycan və Çin mülki aviasiya sahəsində əməkdaşlığa dair sənəd imzalayıb

Azərbaycan və Çin mülki aviasiya sahəsində əməkdaşlığa dair sənəd imzalayıb

Azərbaycan və Çin Mülki Aviasiya Administrasiyası arasında əməkdaşlıq sənədi imzalanıb

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Çin Mülki Aviasiya Administrasiyası (CAAC) arasında mülki aviasiyanın müxtəlif sahələrində əməkdaşlığı nəzərdə tutan sənəd imzalanıb.

Sənəd nazir müavini Elmin Məmmədov və CAAC-nin Baş direktorunun müavini Han Junun rəhbərlik etdiyi nümayəndə heyətinin görüşündə imzalanıb. Görüş zamanı tərəflər mülki aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərini müzakirə ediblər.

Sənədə əsasən, hava əlaqələrinin inkişafı, dayanıqlı aviasiya, uçuşların və aviasiya təhlükəsizliyinin təminatı, mülki aviasiya infrastrukturu və təcrübə mübadiləsi sahələrində birgə fəaliyyət nəzərdə tutulur. Bundan əlavə, nəzarət tədbirlərində birgə iştirak və təlimlərin təşkili planlaşdırılır.

Qeyd edək ki, bu əməkdaşlıq sənədi Prezident İlham Əliyev ilə Çin Sədri Si Cinpinin 2025-ci ilin aprel ayında imzaladığı “Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”dan sonra dövlət qurumları arasında keçirilən ilk rəsmi görüşdür.