Türkiyədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü zəfər proqramı ilə qeyd edilib

Türkiyədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü zəfər proqramı ilə qeyd edilib

Türkiyədə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü zəfər proqramı ilə qeyd edilib.

Birmillet.az saytı bildirir ki, APA-nın məlumatına görə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatında (TÜRKSOY) qardaş türkdilli ölkənin tanınmış sənətçilərinin iştirakı ilə reallaşan proqramda Azərbaycan musiqisi səsləndirilib.

Konsertdən sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov ifaçılara xatirə plaketləri təqdim edib.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi zəfərindən ilham alan sənətçilər konserti öz təşəbbüsləri ilə təşkil ediblər. Konsertdə həm ölkəmizdə, həm də Türkiyədə sevilən xalq mahnılarımız və korifey bəstəkarlarımızın unudulmaz əsərləri ifa olunub.