Çinin Uhan şəhərindən Türkiyəyə gətirilmiş və təxliyə əməliyyatında iştirak etmiş, aralarında Azərbaycan vətəndaşlarının da olduğu 61 nəfərin ikinci qan analizlərində də koronavirus aşkarlanmayıb.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Bundan əlavə nazir canlı heyvan, yağ, dəri kimi heyvan məhsullarının Çindən Türkiyəyə idxalının müvəqqəti dayandırıldığını da bildirib.
Qeyd edək ki, virusun ölkəyə daxil olmasının qarşısının alınması məqsədilə Türkiyəyə səfər edən bütün sərnişinlər hava limanlarında termal kameralarla yoxlanılırlar.
Mənbə: azertag.az












































