“Qış yuxusu” filmi ilə Kann festivalında Qızıl Palma qazanan, ötən il festivalda “Əhlət ağacı” filmilə iştirak edən türkiyəli rejissor Nuri Bilge Ceylanın növbəti filminin adı açıqlanıb.
“TRT 12 Punto”nun Twitter səhifəsində verdiyi açıqlamaya görə, yeni film “Quru otlar üzərində” adlanır.
Hələ ki, filmin ekran tarixi və kimlərin rol alması barədə məlumat verilməyib.












































