Türkiyəli professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub

Türkiyəli professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub

Türkiyənin tanınmış bioloq alimi, Hacettepe Universitetinin professoru Əli Dəmirsoy Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, muzeyin ekspozisiya zalları ilə tanış olan qonağa Azərbaycan ədəbiyyatının müxtəlif dövrləri və nümayəndələri haqqında ətraflı məlumat verilib.

Professor Ə.Dəmirsoy muzeyin türk irqinin tarixinə işıq tutduğunu bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mənbə: azertag.az