Teoman Bakıda – Teomanın özəl konserti

Teoman Bakıda – Teomanın özəl konserti

Dünən Türkiyənin məşhur rok ifaçısı Teoman ilk dəfə Azərbaycana gəlib.

Birmillet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənətçi “Sevgililər günü”nə özəl olaraq “Elektra Events Hall”un səhnəsində çıxış edib.

Ötən gün günorta saatlarında Bakıya çatan sənətçi əvvəlcədən təyin olunmuş mətbuat konfransına bir saat qalmış jurnalistlərlə görüşdən imtina edib. Bundan əlavə, Teoman 20:00-da səhnəyə çıxması nəzərdə tutulduğu halda pərəstişkarlarının qarşısına iki saat gec çıxıb.

Sosial şəbəkə istifadəçilərinin yazdığı postlara əsasən, rokçu konsertdən əvvəl KİV-in qarşısına çıxsa da, mətbuat nümayəndələrinə şərt qoyaraq cəmi üç suala cavab verəcəyini qeyd edib.

Image result for teoman bakıda