“Alagöz” filminin çəkilişlərinə başlanılacaq

“Alagöz” filminin çəkilişlərinə başlanılacaq

Azərbaycanlı rejissor Mariya İbrahimovanın “Alagöz” filminin çəkilişlərinə başlanılacaq.

AZƏRTAC xəbər verir ki, ekran əsəri Azərbaycan və Türkiyənin birgə layihəsi əsasında çəkiləcək.

Filmin ekranlaşdırılmasına beynəlxalq çəkiliş qrupu cəlb ediləcək və çəkilişlər 2020-2021-ci illərdə Azərbaycanda və qonşu ölkələrdə aparılacaq.

Qeyd edək ki, ekran əsəri yazıçı Meyxoş Abdullayevin eyniadlı hekayəsi əsasında çəkiləcək. Hekayə 2002-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun Milli-mənəvi yaddaşa qayıdışı təbliğ edən və Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsərlər üçün təsis etdiyi “Yaddaş” mükafatına layiq görülüb.

Mənbə: azertag.az