Akademik Milli Dram Teatrı
“2020-ci il üçün Akademik Milli Dram Teatrının qastrol və festivallarla bağlı planları böyükdür. Bizə bir neçə ölkədən dəvət var”
APA-nın xəbərinə görə, bunu Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov deyib. Onun sözlərinə görə, artıq qastrol səfərləri ilə bağlı ilkin danışıqlar aparılıb.
Azər Paşa Nemətov əlavə edib ki, rəhbərlik etdiyi kollektiv 2020-ci ildə Daşkənddə və Türkiyədə keçirilən festivallarda da iştirak edəcək.
Mənbə: apa.az












































