Türkiyədəki zəlzələdə Kemal Sunalın da evi dağılıb

Türkiyədəki zəlzələdə Kemal Sunalın da evi dağılıb

Türkiyənin Elazığ bölgəsindəki güclü zəlzələ nəticəsində məşhur aktyor Kemal Sunalın evi də dağılıb.

“Qafqazinfo” xəbər verir ki, film ulduzunun 1944-cü ildə dünyaya gəldiyi və bir müddət yaşadığı Gökçe məhəlləsindəki mənzil yerlə-yeksan olub.

2019-cu ildəki zəlzələdə də ciddi zərər görən ev bu dəfə yeraltı təkana dayana bilməyib.

Xatırladaq ki, yanvarın 24-də Elazığda baş vermiş 6,8 ballıq zəlzələ nəticəsində 41 nəfər ölüb, 1607 nəfər yaralanıb. 45 nəfər dağıntılar altından sağ çıxarılıb.

Mənbə: qafqazinfo.az