Türkiyənin məşhur həkimləri Bakıda pasiyentləri qəbul edəcək

Türkiyənin məşhur həkimləri Bakıda pasiyentləri qəbul edəcək

Onkoloji xəstəliklər-lə mübarizə ayı daxilində Türkiyənin məşhur mütəxəssisləri Bakıda pasiyent qəbul edəcək.

Birmillet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Referans Medical Group” daxilində fəaliyyət göstərən, Leyla Medical Center (keçmiş Leyla Şıxlinskaya Klinikası) və Türkiyənin məşhur Memorial Sağlıq Qrupunun imzaladığı memorandum əsasında artıq 4 aydır ki,  məşhur türk mütəxəssisləri Azərbaycana dəvət olunaraq pasiyent qəbulları həyata keçirirlər. Bu memorandumun imzalanmasında əsas məqsəd burada xüsusi ixtisaslar üzrə müalicə ala bilməyib Türkiyə daxil olmaqla digər xarici ölkələrə, müalicə üçün üz tutan pasiyentlərə dəstək olmaqdır.

Fevral ayının bütün dünya üzrə Onkoloji xəstəliklər-lə mübarizə ayı olduğuna əsasın 28 və 29 Fevral tarixlərində Memorial Sağlamlıq Qrupundan Süd vəzi xəstəlikləri üzrə Uzman Cərrah-Mamoloq Dosent Dr. Mustafa Tükenmez və Tibbi Onkoloji Uzmanı Dosent Dr. M. Teoman Yanmazdır.