Türkiyə millisinin sabiq ulduzu Bakıya gəlir – VİDEO

Türkiyə millisinin sabiq ulduzu Bakıya gəlir – VİDEO

Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci Bakıya gələcək.

Birmillet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, veteran futbolçu Fərdi İnkişaf Zirvəsi çərçivəsində Bakıda keçiriləcək seminar üçün fevralın 22-də ölkəmizdə olacaq.

Bundan başqa,“TRT Spor” telekanalının aparıcısı və şərhçisi Ərdoğan Arıkan, “TRT Haber”in aparıcısı Tijen Karaş, həmçinin, sahibkar və yazıçı olan Mustafa Açıkgöz də seminarda çıxış edəcək.