COVID-19 virusu Türkiyədə daha 137 nəfərin ölümünə səbəb olub

COVID-19 virusu Türkiyədə daha 137 nəfərin ölümünə səbəb olub

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 137 nəfər ölüb.

Birmillet.az saytı APA-nın yerli bürosuna istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 5642 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 6682, ağır xəstələr isə 1808 nəfər olub.