Türkiyədə küçəyə çıxan yaşlılar cəzalandırılacaq

Türkiyədə küçəyə çıxan yaşlılar cəzalandırılacaq

Türkiyədə 65 yaşdan yuxarı vətəndaşların və xroniki xəstələrin küçəyə çıxmasına qadağa qoyulub.

Birmillet.az xəbər verir ki, qərar bu gündən etibarən qüvvəyə minib. Bildirilib ki, qadağaya əməl olunmadığı təqdirdə vətəndaşlar 3 min 150 lirə cərimə ödəyəcək.

Bundan başqa, Türkiyə Cinayət Məcəlləsinin 195-ci maddəsinə görə, 2 aydan 1 ilə kimi həbs cəzası gözlənilir.