Türkiyədən 165 nəfər Azərbaycana gətirildi

Türkiyədən 165 nəfər Azərbaycana gətirildi

Martın 21-nə keçən gecə AZAL Naxçıvandan Lənkərana xüsusi reys yerinə yetirib.

Birmillet.az xəbər verir ki, Azərbaycan Hava Yolları QSC-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, həmin reyslə Lənkərana Türkiyədən Naxçıvana avtobuslarla gəlmiş 165 nəfər Azərbaycan vətəndaşı gətirilib. Lənkərana enişdən sonra bütün sərnişinlər karantinə yerləşdirilib.

Mart ayının 22-də Minsk, Moskva, London və Nyu-York şəhərlərindən müvafiq reyslər həyata keçirilib və ümumilikdə 333 vətəndaş ölkəyə gətirilib.

Bu gün 95 Azərbaycan vətəndaşı daşıyan Yekaterinburq reysinin gəlişi gözlənilir.

Xatırladırıq ki, ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qaytarılması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir. Qeyd edək ki, mart ayının 15-dən etibarən hava yolu ilə bütün dünyadan 10 minə yaxın sərnişin Azərbaycana geri qaytarılıb.