Türkiyədə koronavirusa görə xəstə həkimə hücum etdi

Türkiyədə koronavirusa görə xəstə həkimə hücum etdi

Türkiyədə xəstə həkimə hücum edib.

Birmillet.az xəbər verir ki, baş ağrısı səbəbindən xəstəxanaya gedən şəxsə həkim koronavirusa görə evdə karantinə alınmağını məsləhət görüb.

Bildirib ki, hazırda ev onun səhhəti üçün daha təhlükəsizdir. Təcili surətdə müalicə olunmaq istədiyini bildirən xəstə həkimin sözlərindən əsəbiləşərək ona hücum edib.

Sözügedən şəxs mühafizə əməkdaşları tərəfindən zərərsizləşdirilib və polis şöbəsinə aparılıb.

Qeyd edək ki, Türkiyədə koronavirusdan ölənlərin sayı 21, yoluxanların isə 947-yə çatıb.