“Anamız həkim, atamız əsgərdir, onları görməyimiz üçün evdə qalın”

“Anamız həkim, atamız əsgərdir, onları görməyimiz üçün evdə qalın”

Türkiyənin Səhiyyə Naziri Fahrettin Kocanın Twitter hesabındakı son paylaşımı sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Birmillet.az xəbər verir ki, nazir “bu mesaj Samsundan gəlib, hamının görməsini istəyirik” başlığı altında foto paylaşıb.

Fotoda əllərində plakat tutan bacı-qardaş vətəndaşlara bu sözlərlə müraciət edib: “Bizim anamız həkim, atamız əsgərdir. İkisi də işləyir. Onlara icazə olmadığından biz evdə qaldıq. Ana və atamızı görməyimiz üçün siz də evdə qalın”.