Erdoğan yaşlı qadına zəng edib xəbərdarlıq etdi – VİDEO

Erdoğan yaşlı qadına zəng edib xəbərdarlıq etdi – VİDEO

Türkiyə Prezidenti Recep Tayyib Erdoğan Merac qəndilini təbrik etmək üçün ona mesaj yazan Esma Çökmenə telefonla zəng vuraraq evdən çıxmaması ilə bağlı xəbərdarlıq edib.

Birmillet.az xəbər verir ki, ölkə başçısı həmin görüntüləri Twitter hesabında paylaşıb:

“Konyalı Esma ana qəndilimizi təbrik edib. Biz də zəng vurub halından xəbər aldıq. Evdə olduğunu söylədi. Ölkəmizin bu müsibətdən qurtulması üçün dua edir. Esma ana başda olmaqla, böyüklərimiz evdə qalsın ki, mübarizəmiz güclü bir şəkildə davam etsin”.

Esma Çökmen müalicə üçün İstanbula getməli olduğunu bildirdiyi zaman Erdoğan “Küçəyə çıxmayın. İnşallah, bu günlər ötsün, gələrsən” deyə vurğulayıb.

Qeyd edək ki, bu gündən etibarən Türkiyədə 65 yaşdan yuxarı vətəndaşların, xroniki xəstələrin küçəyə çıxmasına qadağa qoyulub.