Türkiyədə koronavirusa ikinci yoluxma faktı aşkarlandı

Türkiyədə koronavirusa ikinci yoluxma faktı aşkarlandı

Türkiyədə daha bir şəxsdə koronavirus aşkarlanıb.

Birmillet.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca özünün rəsmi Twitter hesabında açıqlama yayıb.

“Dünən axşam saatlarında aparılan test üzücü bir proqnozu təsdiqlədi. Daha bir xəstəmiz var. Diaqnoz qoyulan kimi pasientimiz karantinə alınıb. Virusun yayılmasını məhdudlaşdırmaq üçün bütün lazımi tədbirlər görülür. Problemin öhdəsindən birlikdə gələcəyik”, – deyə nazir bildirib.