Türkiyə Super Liqasının oyunları azarkeşsiz keçiriləcək

Türkiyə Super Liqasının oyunları azarkeşsiz keçiriləcək

Türkiyədə yeni növ koronovirus (Covid-19) ilə əlaqədar görülən tədbirlər çərçivəsində idman yarışlarına məhdudiyyətlər tətbiq olunub.

Birmillet.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, virusa qarşı mübarizəni gücləndirmək üçün Türkiyə Super Liqasındakı bütün oyunlar aprel ayına qədər azarkeşlərin iştirakı olmadan keçiriləcək.

Qeyd edək ki, Türkiyədə koronavirusa ilk yoluxma halı qeydə alındıqdan sonra Türkiyə Nazirlər Kabinetinin dövlət başçısı Recep Tayyib Erdoğanın çağırışı ilə baş tutmuş təcili iclasında qəbul edilən qərarlardan biri də idman yarışlarının azarkeşsiz keçirilməsi olmuşdu.