Türkiyə “Barış bulağı” əməliyyatı bölgəsində bir əsgərini itirdi

Türkiyə “Barış bulağı” əməliyyatı bölgəsində bir əsgərini itirdi

Suriyadakı “Barış bulağı” hərəkatı bölgəsində Türkiyənin bir hərbçisi şəhid olub.

Birmillet.azAPA“ya istinadən xəbər verir ki, bu barədə Şanlıurfa Valiliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Suriyanın Rəsulayn yol nəzarəti nöqtəsində PKK/PYD/YPG üzvlərinin bomba dolu avtomobillə etdiyi hücum nəticəsində partlayış baş verib. Nəticədə, Türkiyə Jandarma Qüvvələrinin bir çavuşu ilə yanaşı 3 Suriya vətəndaşı da ölüb. Terror aktında 3-ü Türkiyə ordusundan, 7-si yerli vətəndaş olmaqla 10 nəfər yaralanıb.