Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ortamüddətli xərclər, büdcə, proqnozlaşdırma və makroiqtisadi planlaşdırma üzrə həyata keçirdiyi islahatların dəstəklənməsi məqsədilə Türk İşbirliyi və Koordinasiya Agentliyi rəhbərliyi tərəfindən Türkiyədə təcrübə proqramı təşkil olunub.
Təcrübə paylaşma proqramının ilk günündə Azərbaycanlı heyətə “Türkiyədə Planlaşdırma: 11-ci İnkişaf Planı”, “Makroiqtisadi Siyasət Çərçivəsi”, “Strateji planlaşdırma və sektor planlaşdırması”, “Dövlət investisiyasının planlaşdırılması”,”İqtisadi modelləşmə və ehtimal” mövzularında prezentasiyalar təqdim edildi və fikir mübadiləsi həyata keçirildi.
Türkiyədə keçirilən proqram çərçivəsində Azərbaycan İqtisadiyyat nazirinin köməkçisi Sevinc Həsənova və Türkiyə Respublikası Xəzinə və Maliyyə nazirinin köməkçisi Bülent Aksu arasında görüş baş tutub. Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları dəyərləndirilib və qarşılıqlı təcrübə mübadiləsi proqramlarının həyata keçirilməsilə bağlı razılıq əldə olunub. Daha sonra Azərbaycan heyətinə “Makroiqtisadi ehtimal müddəti”, “Ortamüddətli xərclər”, “Dövlət mülkiyyətinin idarə edilməsi və dəyişdirilməsi” mövzularında təqdimatlar edilib.
Mənbə: gaste24.com












































