“Visa” Türkiyə-Azərbaycan əməkdaşlıq dəhlizinə yeni texnoloji həllər gətirmək niyyətindədir

“Visa” Türkiyə-Azərbaycan əməkdaşlıq dəhlizinə yeni texnoloji həllər gətirmək niyyətindədir

“Visa” beynəlxalq kart təşkilatı yüksək potensiallı Azərbaycan və Türkiyə arasında əməkdaşlıq dəhlizində iştirakında maraqlıdır.

Birmillet.az saytı “APA-Economics”ə istinadən bildirir ki, bunu MDB və Cənub-Şərqi Avropada “Visa” beynəlxalq kart təşkilatının Strateji Tərəfdaşlıq və Fintex üzrə Baş direktoru Yevgen Lisnyak “Fintex Summit Online” (“Maliyyə və Texnologiyalar Sammiti”) tədbirində çıxış edərkən deyib.

Onun sözlərinə görə, regional əməkdaşlığı asanlaşdırmaq və inkişaf elətdirmək üçün “Visa” şirkəti Azərbaycan və Türkiyə üçün yeni texnoloji həllər hazırlayır və bura pul köçürmələri sistemi də daxildir.