Sabah Cavad Zərif Türkiyəyə səfər edəcək

Sabah Cavad Zərif Türkiyəyə səfər edəcək

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif 29 yanvarda Türkiyəyə səfər edəcək. 

Birmillet.az saytı APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. 

Bildirilib ki, səfər çərçivəsində iki ölkə arasında əlaqələr hərtərəfli müzakirə olunacaq. 

Bundan başqa, Türkiyə və İran XİN başçılarının regional və beynəlxalq əlaqələrlə bağlı da danışıqlar aparması nəzərdə tutulub.