Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 171 nəfər ölüb.
Birmillet.az saytı bildirir ki, APA-nın xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 9 809 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 10 013, ağır xəstələr isə 2 701 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 346 285 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 1218 464 nəfər sağalıb, 23 152 nəfər isə ölüb.