Çavuşoğlu: “Ermənistandan konstruktiv addımlar gözləyirik”

Çavuşoğlu: “Ermənistandan konstruktiv addımlar gözləyirik”

“Cənubi Qafqazda normallaşma region ölkələrinin xeyrinə olacaq”.

Birmillet.az saytı APA-ya istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Cavad Zəriflə birgə mətbuat konfransında deyib.  

Nazir bildirib ki, bu normallaşmadan ən çox Ermənistan və Ermənistan əhalisi faydalanacaq.

“Dolayısı ilə Ermənistanın bu istiqamətdə konstruktiv addımlar atmasını gözləyirik”, – deyə XİN başçısı vurğulayıb.