“Sadakatsiz” serialında gözlənilməz ayrılıq

“Sadakatsiz” serialında gözlənilməz ayrılıq

Yayımlandığı ilk gündən reytinq rekordu qıran “Sadakatsiz” serialında aktyor ayrılığı yaşanıb.

Birmillet.az saytı Milli.Az-a istinadən bildirir ki, əsas rollardan birini canlandıran Eren Vurdem layihəni tərk edib. Onun serialdan ayrılması ssenariyə edilən dəyişiklik əsasında reallaşıb.

Aktyor bununla bağlı sosial media hesabında paylaşım da edib:

“Əziz izləyicilərimiz. Ssenariyə əsasən “Sadakatsiz” heyəti ilə yollarımızı ayırdıq. Siz canlandırdığım Mert obrazına görə məni hər zaman təhqir etdiniz. Demək ki, obrazı lazımınca ifa edə bilmişəm. Layihədə qalan bütün dostlarıma uğurlar arzu edirəm”.

Qeyd edək ki, ekran işinin baş rollarında Caner Cindoruk və Cansu Dere kimi aktyorlar çəkiliblər. Serialın rejissorluğunu Neslihan Yeşilyurt edir.

"Sadakatsiz" serialında gözlənilməz ayrılıq