“Kuruluş Osman”da yeni aktyor – FOTO

“Kuruluş Osman”da yeni aktyor – FOTO

Rejissoru Mehmet Bozdağ olan “Kuruluş Osman” serialının aktyor heyəti genişlənməkdə davam edir. 

Birmillet.az saytı Milli.Az-a istinadən bildirir ki, ekran işinə yeni aktrisa daxil olub. Bundan sonra serialda Funda Güray da rol alacaq. Onun hansı obrazı canlandıracağı hələ açıqlanmayıb.

Qeyd edək ki, ekran əsərinin əsas rollarında Burak Özçivit, Nurettin Sönmez, Erkan Avcı və Özge Törer kimi aktyorlar çəkiliblər. Tarixi janrlı ekran əsərində Osmanlı imperiyasının əsasını qoyan Osman Qazinin düşmənlərinə qarşı apardığı mübarizəsindən bəhs edilir.