Kadir Doğulu karantin qaydalarını pozdu

Kadir Doğulu karantin qaydalarını pozdu

Ötən gün aktyor Kadir Doğulu İstanbulun Cihangir səmtində kameralara tuş gəlib.

Birmillet.az saytı Milli.Az-a istinadən bildirir ki, aktyorun pandemiya ərəfəsində qaydaları pozaraq, maskasız gəzməyi diqqət çəkib. Jurnalistlərlə söhbət edən Kadir maska taxmamasının səbəbini açıqlayıb:

“Virusun havadan keçdiyinə aid heç bir sübut yoxdur. Ona görə də maskasız gəzirəm”.

Bu sözlərindən sonra hamı Kadiri “türkiyəli Covid-19 mütəxəssisi” adlandırıb.