İsrailin hava hücumları nəticəsində Qəzzada bir günə 64 nəfər ölüb

İsrailin hava hücumları nəticəsində Qəzzada bir günə 64 nəfər ölüb

İsrailin martın 30-da həyata keçirdiyi hava hücumları nəticəsində Qəzza zolağının müxtəlif bölgələrində azı 64 nəfər həlak olub.

Bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb. Bombardman xüsusilə Cəbəliyyə, Deyr əl-Bələh, Qəzza, Xan-Yunis şəhərləri və onlara bitişik yaşayış məntəqələrini əhatə edib.

Qəzza Səhiyyə Nazirliyi hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Fələstinin “HƏMAS” hərəkatı isə hücum nəticəsində həlak olanlar arasında uşaqların da olduğunu iddia edib.