ABŞ lideri Zelenskiyə xəbərdarlıq edib, İranı isə sanksiya ilə hədələyib

ABŞ lideri Zelenskiyə xəbərdarlıq edib, İranı isə sanksiya ilə hədələyib

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ və Ukrayna arasında imzalanmış nadir torpaq mineralları sazişindən çıxmağa çalışır.

Trampın sözlərinə görə, əgər Zelenski bu müqavilədən imtina etsə, ciddi problemlərlə üzləşəcək. O, bu qərarın Ukrayna üçün “böyük problemlər” yaradacağını vurğulayıb.

Bundan əlavə, Tramp İranla bağlı da açıqlamalar verib. O bildirib ki, əgər İranın nüvə sazişi ilə bağlı irəliləyiş olmazsa, iki həftə ərzində bu ölkəyə qarşı ikinci dərəcəli rüsumların tətbiqi ilə bağlı qərar verəcək. Tramp daha əvvəl İranın nüvə proqramı ilə razılığa gəlmədiyi təqdirdə misli görünməmiş bombardmana məruz qalacağını da bəyan edib.