Türkiyə səfirliyi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Türkiyə səfirliyi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Türkiyənin Azərbaycandakı səfirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

Paylaşımda bildirilir ki, 1918-ci ildə erməni daşnakları və bolşeviklər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımının 107-ci ildönümüdür. Bu hadisələr nəticəsində minlərlə günahsız insan qətlə yetirilib, tarixi Azərbaycan torpaqlarında genişmiqyaslı etnik təmizləmə aparılıb.