İndiyədək TANAP vasitəsilə Türkiyəyə 4 mlrd. kubmetr qaz ötürülüb

İndiyədək TANAP vasitəsilə Türkiyəyə 4 mlrd. kubmetr qaz ötürülüb

İstifadəyə veriləndən indiyədək Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə 4 mlrd. kubmetr qaz çatdırılıb.

Birmillet.az xəbər verir ki, bunu “APA-Economics”ə “SOCAR Turkey”in Xarici əlaqələr üzrə rəhbəri Murat LeCompte deyib.

“Bu ilin yanvar ayının sonuna kimi qaz kəməri vasitəsi ilə cəmi 4 mlrd. kubmetr qaz ötürülüb”,- deyə M. LeCompte qeyd edib.

Xatırladaq ki, TANAP kəməri Cənub Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə hazırda Azərbaycan qazı Türkiyəyə ötürülür. Bu il Trans-Adriatik qaz kəməri (TAP) işə düşdükdən sonra həmin qaz Avropaya da nəql edilməyə başlayacaq.