Ertuğrul Köroğlu Bakıya gəlir

Ertuğrul Köroğlu Bakıya gəlir

Boylam Psixiatriya Xəstəxanasının, Boylam AMATEM və Boylam Psixiatriya İnstitutunun təsisçisi, minlərlə insanın alkoqol və digər maddə asılılığından azad olmasına nail olan, Türkiyənin ilk Beynəlxalq səviyyədə tanınan psixiatrı Professor Dr. Ertuğrul Köroğlu “Referans Medical Group”un təklifi ilə yenidən Bakıya dəvət olunub.

Birmillet.az “Qafqazinfo“ya istinadən xəbər verir ki, şizofreniya, depressiyalar, fobiyalar, müxtəlif travma və stress ilə əlaqəli pozğunluqlar, digər xəstəliklər zamanı müşahidə edilən psixi problemlər, təşviş-həyəcan pozğunluqları, obsessiv-kompulsiv pozğunluqlar, impuls-kontrol pozğunluqları, yuxu pozğunluqları, diqqət əskikliyi və hiperaktivlik pozğunluğu, psixozlar və s . kimi müxtəlif xəstəliklərin müalicəsi ilə məşğul olan professor artıq 5-ci dəfədir pasiyent istəkləri əsasında və müraciət edən hər kəsin anonimliyinin tam qorunması şərti ilə Bakıya dəvət olunur.