İlker Karauz: “Azərbaycan Türkiyə üçün xüsusi önəm kəsb edir”

İlker Karauz: “Azərbaycan Türkiyə üçün xüsusi önəm kəsb edir”

“Azərbaycan geostrateji baxımdan Orta Asiyanın giriş qapısı, Qərblə Şərq arasında keçid, neft və təbii qaz imkanları və Rusiya Federasiyası baxımdan isə Akdeniz və Bəsra körfəzinə uzanan geosiyasi kommunikasiya xəttidir. Bu səbəbdən də çox önəmlidir”.

Birmillet.azReferans” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Gaziantep Universitetinin Xaricdəki Türklər və Qohum İcmaları Araşdırma Mərkəzi tərəfindən təşkil olunmuş “Qafqaz İslam Ordusunun tarixi perspektivində tarixdən bugünümüzə Türkiyə-Azərbaycan strateji əməkdaşlığı” adlı konfransdakı çıxışında Türkiyə Milli Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi İlker Karauz deyib.

Nuri Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun AXC-yə dəstəyindən danışan sabiq katib həmçinin Mudros Sazişi nəticəsində Osmanlı əsgərlərinin Azərbaycandan geri çəkilmək öhdəliyinə rəğmən minbaşı Halil Beyin bəzi əsgərlərlə birlikdə ordudan istefa verib erməni hücumlarına qarşı müdafiə birlikləri yaratmaq üçün Naxçıvana getməsindən danışıb.

İlker Karauz nitqinə “Azərbaycanı dəyərləndirmək üçün hakimiyyət nəzəriyyələrini qlobal səviyyədə nəzərdən keçirmək lazımdır” deyərək tamamlayıb.