ABŞ-də təyyarə qəzası olub, dörd nəfər ölüb

ABŞ-də təyyarə qəzası olub, dörd nəfər ölüb

ABŞ-da kiçik təyyarə qəzası: eyni ailədən 4 nəfər, o cümlədən 2 uşaq həlak olub

ABŞ-nin Şimali Karolina ştatında baş verən kiçik mühərrikli təyyarə qəzası faciə ilə nəticələnib. İlkin məlumatlara görə, iki azyaşlı uşaq daxil olmaqla eyni ailədən dörd nəfər həyatını itirib.

Hadisə Sanford-Roli hava limanı yaxınlığında qeydə alınıb. Dörd sərnişindən üçü qəza yerində dünyasını dəyişib, bir nəfər isə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma ABŞ Federal Mülki Aviasiya İdarəsiMilli Nəqliyyat Təhlükəsizliyi üzrə Şura tərəfindən aparılır. Hazırda istintaq davam edir və təyyarənin texniki vəziyyəti, uçuş şərtləri və pilotun durumu təhlil olunur.