Çin alimləri: Asiyada yeni zəlzələ təhlükəsi var

Çin alimləri: Asiyada yeni zəlzələ təhlükəsi var

Çin və qonşu bölgələrdə güclü zəlzələ riski artır – alimlər xəbərdarlıq edir

Çin alimləri, Myanmadakı son zəlzələdən qısa müddət əvvəl Çin və qonşu regionlarda güclü zəlzələ riskinin artdığını ortaya qoyan elmi araşdırma yayımlayıblar. Bu barədə “South China Morning Post” məlumat verib.

Elmi araşdırma təhlükənin artdığını göstərir

Martın 20-dəJournal of Geodesy and Geodynamics” jurnalında dərc olunan tədqiqatda Pekin Seysmoloji Agentliyinin baş mühəndisi Çju Xunbinin rəhbərlik etdiyi qrup 1879-cu ildən bəri toplanan seysmik məlumatları analiz edib.

Araşdırma nəticəsində Asiyada altı böyük seysmik aktivlik dövrü müəyyən edilib və hazırkı dövrün də belə bir mərhələyə daxil ola biləcəyi ehtimal olunur.

Myanma zəlzələsi son olmayacaq

Alimlər bildirirlər ki, martın 28-də Myanmada baş verən zəlzələ, ehtimal ki, bölgədəki sonuncu böyük seysmik hadisə olmayacaq. Onların fikrincə, Çin və ətraf regionlar fəlakətli zəlzələ riski ilə üz-üzədir.