Hakan Fidan: Yaxın günlərdə Rusiya ilə Ukrayna təmaslarla bağlı kompromis əldə edə bilər

Hakan Fidan: Yaxın günlərdə Rusiya ilə Ukrayna təmaslarla bağlı kompromis əldə edə bilər

Türkiyə: Rusiya və Ukrayna yaxın günlərdə kompromis əldə edə bilər

Yaxın günlərdə Rusiya ilə Ukrayna arasında təmaslarla bağlı kompromis əldə oluna bilər.

“Report”un xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən birgə mətbuat konfransında məlumat verib. O, İordaniya Baş nazirinin müavini və xarici işlər naziri Ayman Safadi və Suriya xarici işlər naziri Əsəd Həsən Şaybani ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Nazir bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda Ukrayna ilə danışıqları bərpa etmək təklifini Türkiyə yüksək qiymətləndirir:
“Bölgədə sülh və sabitliyin təmin olunması Türkiyə üçün önəmlidir. Prezident Rəcəb Tayyib Ərdoğan bu mövqeyi dəfələrlə bəyan edib. Biz bu prosesdə üzərimizə düşən vəzifəni yerinə yetiririk”, – deyə Fidan vurğulayıb.

Türkiyə XİN rəhbəri əlavə edib ki, Ankara tərəfləri tezliklə atəşkəsə başlamağa çağırır və vasitəçilik səylərini davam etdirəcək.