ABŞ, Avropa və Ukrayna müharibənin dayandırılması üçün 22 maddəlik sənəd hazırlayıblar

ABŞ, Avropa və Ukrayna müharibənin dayandırılması üçün 22 maddəlik sənəd hazırlayıblar

ABŞ, Avropa və Ukrayna Rusiya ilə müharibənin dayandırılması üçün 22 maddəlik sülh planı hazırlayıb

ABŞ, Avropa və Ukrayna nümayəndələri Rusiya–Ukrayna müharibəsinin dayandırılması məqsədilə 22 maddədən ibarət sülh sənədi hazırlayıb.

“Report”un məlumatına görə, bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, sənəddə yer alan əsas maddələrdən biri 30 günlük atəşkəsin tətbiqini nəzərdə tutur. Eyni zamanda, planda ABŞ-ın Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməyəcəyi ilə bağlı tələb də öz əksini tapıb.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Moskva ilə Kiyev arasında danışıqların ilkin şərtlər olmadan və dərhal mayın 15-də İstanbulda başlanmasını təklif etmişdi.

Hazırlanan bu sənəd tərəflər arasında müharibənin dayandırılması istiqamətində atılmış növbəti diplomatik addım kimi qiymətləndirilir.