Azərbaycan və Bolqarıstan diplomatları Suriyada regional məsələləri müzakirə ediblər
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov bolqarıstanlı həmkarı Çavdar Mitevlə görüş keçirib.
Görüş Azərbaycanın Dəməşqdəki səfirliyində baş tutub. Tərəflər Suriya və onun ətraf bölgəsindəki vəziyyətlə bağlı aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Görüş zamanı diplomatik münasibətlər, qarşılıqlı əməkdaşlıq və bölgədə sabitliyin təmin olunması yolları barədə fikir mübadiləsi aparılıb.












































