Çin-Qazaxıstan sərhədində 4,6 maqnitudalı zəlzələ olub

Çin-Qazaxıstan sərhədində 4,6 maqnitudalı zəlzələ olub

Çin-Qazaxıstan sərhədində 4,6 maqnitudalı zəlzələ baş verib

Çin ərazisində, Qazaxıstanla sərhəddə 4,6 maqnitudalı zəlzələ baş verib. Bu barədə məlumatı Qazaxıstanın KİV-ləri yayıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmik stansiyalar şəbəkəsi zəlzələni Astana vaxtı ilə saat 06:30-da qeydə alıb. Yeraltı təkanların enerji sinfi 10,6 olaraq ölçülüb.

Verilən məlumata əsasən, zəlzələnin episentri Qazaxıstanın Almatı şəhərindən 508 kilometr şimal-şərqdə yerləşir. Yeraltı təkanlar Çin ərazisində qeydə alınsa da, Qazaxıstan ərazisində hiss edilməyib.

Hazırda zəlzələ ilə bağlı insan tələfatı və dağıntılar barədə məlumat yoxdur.