Azərbaycanda keçiriləcək III MDB Oyunlarınının rəsmi saytı təqdim olunub

Azərbaycanda keçiriləcək III MDB Oyunlarınının rəsmi saytı təqdim olunub

III MDB Oyunlarının rəsmi saytı istifadəyə verildi – Bütün yeniliklər bir ünvanda

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının rəsmi veb saytı – www.ciagames2025.com – artıq istifadəyə verilib. Bu barədə yarışla bağlı keçirilən mətbuat konfransında məlumat verilib.

Yeni açılan rəsmi sayt vasitəsilə MDB Oyunları 2025 ilə bağlı bütün vacib məlumatları əldə etmək mümkündür. Saytda hazırlıq prosesi, yarış cədvəlləri, idman məkanları, həmçinin könüllü və media qeydiyyatı ilə bağlı ən son yeniliklər təqdim olunur.

III MDB Oyunları 2025-ci il sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək. İdmanın 23 növü üzrə yarışların təşkili planlaşdırılır.

Bu beynəlxalq turnirə yalnız MDB ölkələrinin deyil, eyni zamanda bir sıra digər dövlətlərin də idmançılarının qatılması nəzərdə tutulur. MDB Oyunları Azərbaycanın beynəlxalq idman sahəsində nüfuzunun artmasına, idman turizminin inkişafınagənclərin fəal iştirakı ilə könüllülük hərəkatının gücləndirilməsinə töhfə verəcək.