İstanbulda ardıcıl iki zəlzələ olub

İstanbulda ardıcıl iki zəlzələ olub

İstanbulda ardıcıl iki zəlzələ baş verib – biri 6.2 maqnitudada

İstanbulda bu gün ard-arda iki zəlzələ qeydə alınıb. Bu barədə məlumatı Türkiyənin “Haber Global” telekanalı yayıb.

Verilən məlumata görə, birinci zəlzələnin maqnitudası 3.9, ikinci isə daha güclü – 6.2 bal təşkil edib. Yeraltı təkanlardan ikincisi İstanbul və ətraf ərazilərdə daha güclü hiss olunub.

Hazırda təhlükəsizlik tədbirləri gücləndirilib, zəlzələnin təsirləri ilə bağlı araşdırmalar aparılır. Mütəxəssislər və fövqəladə hallar üzrə qurumlar vəziyyəti nəzarətdə saxlayır.

Türkiyənin seysmik aktiv bölgələrindən biri olan İstanbul, bu kimi zəlzələlərlə tez-tez üz-üzə qalır. Zəlzələ riski və hazırlıq tədbirləri bu xəbərlə bir daha gündəmə gəlib.