Azərbaycanda keçiriləcək III MDB Oyunlarına 3000-ə yaxın könüllünün cəlb olunması gözlənilir

Azərbaycanda keçiriləcək III MDB Oyunlarına 3000-ə yaxın könüllünün cəlb olunması gözlənilir

Azərbaycanda keçiriləcək III MDB Oyunlarına 3000-ə yaxın könüllü cəlb ediləcək

Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri sürətlə davam edir. Yarışla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, təxminən 3000 könüllünün bu böyük idman tədbirinə cəlb olunması planlaşdırılır.

Turnirlə əlaqədar Könüllü Proqramına da rəsmi start verilib. Artıq ölkənin müxtəlif bölgələrində maarifləndirici tədbirlər və gənclərlə görüşlər təşkil olunub. Bu təşəbbüs, gənclərin aktiv iştirakı və sosial bacarıqlarının inkişafı baxımından mühüm rol oynayacaq.

III MDB Oyunları 2025-ci il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın müxtəlif şəhərlərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək.

İdmanın 23 növü üzrə yarışların keçirilməsi nəzərdə tutulub. Bu beynəlxalq idman tədbirində yalnız MDB ölkələrinin deyil, bir sıra digər dövlətlərin də idmançılarının iştirakı gözlənilir. MDB Oyunları Azərbaycanın idman turizmi və beynəlxalq əməkdaşlıq sahəsindəki rolunu gücləndirməklə yanaşı, ölkənin gənc nəsli üçün yeni imkanlar yaradır.

Bu oyunlar həm də Azərbaycanın könüllülük hərəkatının inkişafı, beynəlxalq tədbirlərin təşkilində təcrübə qazanılmasıregional şəhərlərin tanıdılması baxımından əhəmiyyətli olacaq.