Azərbaycan Texniki və Türkiyənin Kütahya Dumlupınar universitetləri arasında memorandum imzalanıb

Azərbaycan Texniki və Türkiyənin Kütahya Dumlupınar universitetləri arasında memorandum imzalanıb

Türkiyənin Kütahya Dumlupınar Universitetinin Beynəlxalq Əlaqələr ofisinin əməkdaşları Elif Körpe və Berrin Demir Azərbaycan Texniki Universitetində (AzTU) olublar. Qonaqlar universitetin rektoru Vilayət Vəliyevlə görüşüblər.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə AzTU ilə “Erasmus+” layihəsi və Mövlanə Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq, həmçinin ikili diplom proqramlarının tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda hər iki universitet arasında anlaşma memorandumu və Mövlanə Mübadilə Proqramı çərçivəsində əməkdaşlıqla bağlı müqavilə imzalanıb.

Mənbə: azertag.az