İlahiyyat İnstitutunu bitirən tələbələrin diplomları Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınacaq

İlahiyyat İnstitutunu bitirən tələbələrin diplomları Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınacaq

Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) bitirənlərin diplomları, artıq Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınacaq.

Birmillet.azAZƏRTAC“a istinadən xəbər verir ki, artıq institutun tələbələri Türkiyədə asanlıqla magistratura və doktorantura pillələri üzrə təhsil ala biləcəklər.

Xatırladaq ki, Aİİ xarici ölkə universitetləri ilə təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesindəki təcrübələrlə əyani şəkildə tanış olmaq, bu sahə üzrə mövcud yeniliklərin öyrənilməsi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu səbəbdən bir sıra ölkələrə səfərlər təşkil edilib, müxtəlif universitetlər ilə əməkdaşlıq müqavilələri imzalanıb.

İnstitut tələbələrin beynəlxalq mübadilə proqramları vasitəsilə Avropa, Amerika, Şərq ölkələrində təhsil almaları, eyni zamanda, yüksək qiymətlərlə məzun olan bakalavrların ixtisasları üzrə magistratura və doktorantura təhsilini dövlət xətti ilə xarici ölkələrdə davam etdirmələri üçün imkan yaradacaq.