Türkiyənin “Parlamento” jurnalında Azərbaycanda keçiriləcək seçkilər barədə məqalə dərc edilib

Türkiyənin “Parlamento” jurnalında Azərbaycanda keçiriləcək seçkilər barədə məqalə dərc edilib

Türkiyədə nəşr olunan nüfuzlu “Parlamento” jurnalı Azərbaycanda keçiriləcək parlament seçkiləri barədə məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, müəllifi Azərbaycan Televiziyasının Türkiyə üzrə təmsilçisi Yalçın Tahiroğlu olan analitik yazıda türkdilli oxuculara ölkəmizdə aparılan islahatlar barədə müfəssəl məlumat verilir.

Məqalədə Azərbaycan parlamentinin keçdiyi tarixi yol, ölkəmizdəki islahatları zəruri edən səbəblər, o cümlədən parlamentin buraxılması barədə qərarın qəbul olunması və ondan sonrakı proseslərə şərh verilir.

Müəllif belə düşünür ki, Milli Məclisə seçkilərin keçirilməsi üzrə proses Azərbaycan Konstitusiyasına uyğun həyata keçirilir və cəmiyyətin bütün təbəqələri onu dəstəkləyir.

Mənbə: azertag.az