Avcı Azərbaycan yığmasına gəlməyəcək

Avcı Azərbaycan yığmasına gəlməyəcək

Abdullah Avcı AFFA-nın təklifini qəbul etməyib. Bu barədə ”Hürriyət” nəşri məlumat yayıb.

Məlumata görə, türkiyəli mütəxəssis yığma komanda çalışdırmağı düşünmür. O, karyerasını Türkiyənin böyük klublarında və ya ölkə xaricində davam etdirmək niyyətindədir.

Xəbərdə millimizə digər əsas namizədlər Covanni De Byazi və Çezare Prandelli göstərilib.

Qeyd edək ki, Avcı mövsümə “Beşiktaş”da başlasa da, uğursuz gedişatın ardından istefaya yollanıb.