Naxçıvan-Dilucu sərhəd məntəqəsinin bağlanması xəbərinə səfirlikdən reaksiya

Naxçıvan-Dilucu sərhəd məntəqəsinin bağlanması xəbərinə səfirlikdən reaksiya

Türkiyənin Azərbaycandakı səfirliyi bu ölkənin Naxçıvan-Dilucu sərhəd məntəqəsini bağlaması ilə bağlı xəbərə münasibət bildirib.

Birmillet.azQafqazinfo“ya istinadən xəbər verir ki, İranda aşkarlanan koronavirusla bağlı İrandan Türkiyəyə keçidlə bağlı lazımi tədbirlər görülüb. Bu tədbirlər çərçivəsində Naxçıvandan Türkiyəyə keçidlərə də nəzarət gücləndirilib.

“Bu tədbirlər qarşı tərəfə zərər verməmək üçün atılıb. Görülən tədbirlər sərhədin bağlanması anlamına gəlməməlidir. Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının aidiyyatı qurumları ilə təmaslarımız davam edir”, – deyə açıqlamada qeyd olunur.